Bosniyalı jurnalistlər "Qarabağ"ın qapıçısı İbrahim Sehiçin dünya çempionatına getməsini istəyir. Fanat.az xəbər verir ki, həmkarlarımız Bosniya və Hersoqovina yığmasının mundial üçün 23 nəfərlik heyətini hazırlayıb. Həmin heyətə "Qarabağ"ın qapıçısı da salınıb.
Jurnalistlər baş məşqçi Safet Suşiçə Şehiçi dünya çempionatı aparmağı məsləhət görüb. Bosniya və Herseqovinadan olan həmkarlarımızın təhlillərinə əsasən qurulan heyətə düşən 28 yaşlı qapıçı indiyədək millidə 3 oyun keçirib. Media nümayəndələri onu yığmanın 3-cü qapıçısı olaraq görür. Ondan başqa heyətdə “Stok Siti”də çıxış edən Asmir Beqoviç və “Borats”ın şərəfini qoruyan Asmir Avdukiç də yer alıb.
Fanat.az