"Qarabağ"ın qapıçısı İbrahim Şehiç yenidən Bosniya və Hersoqovina yığmasına dəvət alıb.
Fanat.az xəbər verir ki, 26 yaşlı qolkiper AVRO-2016-nın seçmə mərhələsində qarşılaşacaqları Andorra ilə oyuna çağırılıb.
Bosniya və Hersoqovina yığması martın 28-də səfərdə Andorranın qonağı olacaq.
Qeyd edək ki, Şehiç daha öncə yığmanın heyətində 3 oyun keçirib.
Fanat.az