Yaponiyada təşkil olunan "Kirin Cup" turnirinə yekun vurulub. Fanat.az xəbər verir ki, final oyununda meydan sahibi Yaponiya ilə Bosniya və Herseqovina yığması qarşılaşıb.
Hesabı yaponlar açsa da, bosniyalılar qalan dəqiqələrdə iki qol vuraraq, əzmkar qələbə qazanıblar - 2:1.
Qeyd edək ki, bosniyalıların qapısını ilk dəqiqələrdən sonadək "Qarabağ"ın qapıçısı İbrahim Şehiç qoruyub.
Fanat.az