Dünən Avropada bir neçə yoldaşlıq oyunları keçirilib. Fanat.az xəbər verir ki, Bosniya və Herseqovina millisi səfərdə Lüksemburqu 3:0 hesabı ilə məğlub edib.
"Qarabağ"ın bosniyalı qapıçısı İbraxim Şexiç bu oyunun fasiləsində "Çelsi"nin 2-ci qolkiperi Asmir Beqoviçi əvəzləyərək meydana daxil olub və qapısından top buraxmayıb. Bosniya və Herseqovina millisi növbəti oyununu martın 29-da Sürixdə Avropa çempionatının iştirakçısı İsveçrə ilə keçirəcək.
Fanat.az