FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI ənənəvi beynəlxalq turnirdə 1996-97-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan millisi bu gün son matçına çıxıb. Fanat.az xəbər verir ki, millimizin son rəqibi Belarus olub.
13-cü yer uğrunda matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Hesabı 48-ci dəqiqədə Belarusdan Aleksey Tarakanov açıb. 57-ci dəqiqədə Fəhmin Muradbəyli bərabərliyi təmin edib. Belədə qalib penalti seriyasında müəyyənləşib. Komandamızın heyətində Ağaseyid Qasımov, Fəhmin Muradbəyli, Mirkamil Həşimli və Mahir Mədətovun zərbələri dəqiq olub. Millimizin qapıçısı Ağaseyid Qasımov rəqibin iki penaltisini dəf edib. Bununla da Azərbaycan 4:2 hesablı qələbə (ümumi hesab 5:3) qazanaraq turniri 3-cü yerdə başa vurub.
Qeyd edək ki, yığmamız Latviyanı məğlub edərək bu mərhələyə adlamışdı. Əsas vaxtı 1:1 bərabərliklə başa çatan qarşılaşmanı futbolçularımız penaltilərdə 3:0 - ümumi nəticədə 4:1 hesabı ilə qazanmışdı. Həmin matçda "Qarabağ"ın üzvü Ağaseyid Qasımov 3 penalti dəf etmişdi. Millimiz qrup mərhələsinin ilk matçında Yunanıstanla sülh bağlasa da (1:1), sonradan Çexiya (0:2) və Yaponiyaya (1:4) məğlub olmuşdu.
Belarus - Azərbaycan 1:1 (penalti - 2:4)
Qollar: Aleksey Tarakanov, 48 - Fəhmin Muradbəyli, 57.
Belarus: 1. Denis Şerbitski, 2. Aleksandr Pavlovets (k), 3. İlya Kostyuşkin, 4. Nikita Valınets (11. Anton Sorokin, 7//19. Mixail Şibun, 75), 6. Aleksey Tarakanov (9. Dmitri Bayduk, 80//5. Artyom Vasilyev, 86), 8. Oleq Çmırikov, 10. Yevgeni Şevçenko (16. Yaroslav Yarotski, 80), 14. Anton Kostyuçik, 15. Vladislav Klimoviç, 17. Aleksey Lukaşik (7. İlya Kuxarçik, 65), 18. Aleksey Nosko.
Ehtiyat oyunçu: 12. Maksim Xutko.
Baş məşqçi: Viktor Borel.
Azərbaycan: 12. Ağaseyid Qasımov, 2. İlyas Səfərzadə (24. Yusif Nəbiyev, 55), 4. Əfsər Məmmədov, 6. Yusup Xakimov, 8. Mirkamil Həşimli (k), 9. Fəhmin Muradbəyli, 16. Emin Zamanov (14. Şahban Cəbrayılov, 58), 17. Elnur Cəfərov, 18. Təyyar Məmmədov, 19. Kama Benhur (7. Mahir Mədətov, 41), 27. Bəhlul Mustafazadə.
Ehtiyat oyunçular: 1. Tolqa Şahin, 5. Renat Ağaverdiyev, 11. Ülvi İbazadə, 20. Cem Fələk.
Baş məşqçi: Nikolay Adam.
Qolla nəticələnən penaltilər: Artyom Vasilyev, Aleksandr Pavlovets - Ağaseyid Qasımov, Fəhmin Muradbəyli, Mirkamil Həşimli, Mahir Mədətov.
Qolla nəticələnməyən penaltilər: Yaroslav Yarotski, İlya Kostyuşkin (hər ikisi - qapıçı).
Sarı vərəqələr: İlya Kostyuşkin, 12. Aleksey Nosko, 21. Vladislav Klimoviç, 49 - Elnur Cəfərov, 6; 77. Mirkamil Həşimli, 12. Yusup Xakimov, 12. Mahir Mədətov, 82.
Qırmızı vərəqələr: Aleksey Nosko, 77 - Elnur Cəfərov, 77.
Hakimlər: Yevgeni Kupa, İvan Quryev, Aleksandr Kuznetsov, Artur Kərimov (Rusiya).
Hakim-inspektor: Dmitri Lyubin (Rusiya).
Sankt-Peterburq. Peterburqski İdman-Konsert Kompleksi.
Fanat.az