Bosniya və Hersoqovina yığmasının heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, baş məşqçi Safet Suşiç dünya çempionatına hazırlıq məqsədi ilə keçiriləcək yoxlama oyunlarına 24 futbolçu çağırıb.
Çalışdırıcı "Qarabağ"ın qapıçısı İbrahim Şehiçə dəvət göndərməyib. Halbuki, Bosniya və Hersoqovina mətğuatı Suşiçə uğurlu mövsüm keçirən qolkiperi dünya çempionatına aparmağı məsləhət görmüşdü. Lakin baş məşqçi Şehiçə dəvət göndərməyərək, milliyə Asmir Beqoviç (Stok Siti), Asmir Avdukiç (Borats) və Yasmin Feyziçi (Aalen) dəvət edib.
Qeyd edək ki, Bosniya və Hersoqovina iki yoxlama oyunu keçirəcək. Mayın 30-da Kot`İvuarla, iyunun 3-də Meksika ilə yoldaşlıq matçında qarşılaşacaq. Bu oyunlardan sonra dünya çempionatına kimlərin gedəcəyi bəlli olacaq.
Fanat.az