"Qarabağ"ın qapıçısı ölkəsində 9-cu oldu

"Qarabağ"ın qapıçısı ölkəsində 9-cu oldu

"Qarabağ"ın qapıçısı Mateuş Koxalski ölkəsi Polşada 2024-cü ilin ən yaxşı 9-cu qapıçısı hesab edilib.

Fanat.Az xəbər verir ki, siyahını yerli "iGol.pl" hazırlayıb.

24 yaşlı qolkiper 34 xalla 9-cu yeri tutub.

"Bolonya"nın qolkiperi Lukas Skorupski 265 xalla birinci olub. "Barselona"da çıxış edən Voytsex Şesnı (244 xal) ikinci, "Volfsburq"un şərəfini qoruyan Kamil Qrabara üçüncü yeri tutub.

Qeyd edək ki, Mateuş Koxalski bu ilin avqustunda "Qarabağ"a keçib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər