Ansi Aqollinin ardınca "Qarabağ”ın daha bir legioneri ölkəsinin millisinə dəvət alıb. Fanat.az xəbər verir ki, söhbət İbrahim Şehiçdən gedir.
Təcrübəli əlcək sahibi Ağdam klubunda çıxışı ilə növbəti dəfə Bosniya və Herseqovina millisinin baş məşqçisi Mehmet Bazdareviçin etimadını qazanıb.
Qeyd edək ki, Bosniya və Herseqovina millisi yoxlama görüşü çərçivəsində mayın 28-də İspaniya ilə üz-üzə gələcək.
Fanat.az