Yaponiyada keçirilən Kirin kubokunda ilk finalçı məlum olub. Fanat.az xəbər verir ki, “Qarabağ”ın qapıçısı İbrahim Şehiçin çıxış etdiyi Bosniya və Hersoqovina millisi yarımfinalda Danimarkaya qalib gələrək finala vəsiqə qazanıb.
Matçın əsas vaxtı 2:2 hesablı bərabərliklə başa çatıb. Əlavə vaxtda hesab dəyişmədiyindən penaltilərə ehtiyac duyulub. Burada daha dəqiq olan bosniyalılar 4:3 hesabı ilə qalib gəlb. Start heyətdə meydana çıxan və sona qədər mübarizə aparan Şehiç penaltilərdən birini dəf edib.
Fanat.az