"Açığı, futbolla elə də dərindən maraqlanmıram. Heydər Əliyev o zaman buyurdu ki, bir klub al, “Qarabağ”ın adını dünyaya tanıt. Bu bizim üçün bir məsuliyyət idi. Hazırda “Qarabağ”ı dünyaya tanıtmaq, Qarabağın sahibinin kim olduğunu ortaya qoymaq istiqamətində çalışırıq. İşimizdə iman var, baş məşqçimiz imanlı adamdı. Şou göstərmirik. Gördüklərimiz həqiqətdi. Şükürlər olsun ki, bura qədər irəlilədik, yolumuza davam edəcəyik". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın prezidenti Abdulbari Gözəl deyib.
"Valletta" ilə oyundan sonra jurnalistlərin suallarını cavablandıran "Azersun Holding"in rəhbəri "Qarabağ"ın oyunlarını izləyən zaman həyacan keçirdiyini bildirib: "Qarabağ"ın oyunlarını izləyən zaman həyəcanlanıram. Həm də qismətə inanan insanlarıq. Həyatda vacib olan şey işi düzgün yerinə yetirməkdi. Yaradan da kömək edər. Yarımçıqlıqla uğur qazanmaq mümkün deyil. Həqiqət, dürüstlük, kişilik olsa, ölkənin mənafeyi hər şeydən üstün tutulacaq. Siz jurnalistlər də gələcəkdə kimlərəsə istiqamət verə, həyatlarında mühüm rol oynaya bilərsiniz. Bunun üçün çalışırıq. “Qol vurdum, o birisini əzdim” deyə məqsədimiz yoxdur. Burdan Qarabağın sahibinin var olduğunu duyurmaq, bildirmək istəyirik. Qarabağ bizimdir, bizim də olacaq".
Fanat.az