Avstriya Bundesliqasında 2014/15 mövsümünə start verilib. Fanat.az xəbər verir ki, "Qarabağ"ın potensial rəqibi "Zalsburq" ilk turda "Rapid"i (Vyanna) qəbul edib.
Oyun "Zalsburq"un 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ"ın gələcək rəqibinin heyətində Conatan Soriano dubl edib, Andreas Ulmer, Alan, Sadio Mane və Kevin Kampl hərəyə bir qol vurub.
Qeyd edək ki, "Qarabağ" - "Valletta" cütünün qalibi Çempionlar Liqasının III təsnifat mərhələsində "Zalsburq"la qarşılaşacaq.
Fanat.az