"Qarabağ"ın oyunlarının yeri dəyişdirildi

"Qarabağ"ın oyunlarının yeri dəyişdirildi

“Qarabağ”ın “Şamaxı” ilə Misli Premyer Liqasında keçirəcəyi oyunların yeri dəyişdirilib.

Fanat.Az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti açıqlayıb.

Bu yerdəyişmə “Qarabağ”ın müraciəti, “Şamaxı”nın razılığı və PFL-in qərarı ilə gerçəkləşib. Ağdam klubunun UEFA Avropa Liqasının Liqa mərhələsindəki vacib qarşılaşmaya daha yaxşı hazırlaşması məqsədilə 3-cü dövrənin “Şamaxı” – “Qarabağ” oyunu ilə 4-cü dövrənin “Qarabağ” - “Şamaxı” oyunlarının yeri dəyişdirilib.

Klubların əvəzedici heyətlərinin təqvim oyunları ilə bağlı dəyişiklik yoxdur.

Qeyd edək ki, komandalar arasında hər iki oyun 2025-ci ildə baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər