Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan Ukraynanın "Dnepr" klubu cəzaya məruz qalıb. Fanat.az xəbər verir ki, Dnepropetrovsk təmsilçisinin növbəti ev oyununda tribunalardan biri boş saxlanılacaq.
Bu qərarı UEFA-nın İntizam Komitəsi İtaliya "İnter"inə qarşı keçirilən görüş zamanı fanatların səsləndirdiyi irqçi şüarlara görə verib. Boş qalan sektorda "Rasizmə yox" banneri yerləşdiriləcək.
Bununla yanaşı, UEFA "Dnepr"i 24 min avro cəzaya da məruz qoyub.
Qeyd edək ki, bu cəza "Dnepr"in oktyabrın 23-də "Qarabağ"a qarşı keçirəcəyi ev oyununda tədbiq olunacaq.
Fanat.az