"Qarabağ"ın uğurlu oyunlar seriyası qırılıb. Fanat.az xəbər verir ki, bu gün "Simurq"a uduzan (0:1) Ağdam klubu uzun fasilədən sonra meydanı xalsız və qələbəsiz tərk edib.
"Qarabağ" sonuncu dəfə XXIX turun fevralın 1-nə "Xəzər Lənkəran"la oyununda məğlub olmuşdu. Bundan sonra 11 oyun keçirən Qurban Qurbanovun yetirmələri 10 qələbə qazanmış və 1 oyunda heç-heçə etmişdi. Beləliklə, ağdamlılar 78 gündən sonra məğlubiyyət acısı yaşayıb.
"Qarabağ"ın qələbə seriyası da qırılıb. Belə ki, Qurbanovun yetirmələri son 7 oyunda meydanı 3 xalla tərk etmişdi. Maraqlıdı ki, "Qarabağ" bundan əvvəl də son xal itkisini "Simurq"la oyunda yaşamışdı. III dövrənin XXIII tura təsaüdf edən "Qarabağ" - "Simurq" qarşılaşması 0:0 hesabı ilə yekunlaşmışdı.
"Qarabağ"ın uğurlu seriyası
XX tur: Qəbələ - Qarabağ 0:1
XXI tur: Qarabağ - AZAL 2:1
XXII tur: Rəvan - Qarabağ 0:2
XXIII tur: Qarabağ - Simurq 0:0
XXIV tur: Neftçi - Qarabağ 1:4
XXV tur: Qarabağ - Bakı 4:0
XXVI tur: İnter - Qarabağ 0:3
XXVII tur: Qarabağ - Sumqayıt 3:0
XXVIII tur: Qarabağ - Qəbələ 3:0
XXIX tur: AZAL - Qarabağ 0:2
XXX tur: Rəvan - Qarabağ 5:1
Fanat.az