"Qarabağ"ın məşqçisinin Amsterdamda ürəyi dayandı

"Qarabağ"ın məşqçisinin Amsterdamda ürəyi dayandı
"Qarabağ" müxtəlif yaş qrupları üzrə komandalarının məşqçiləri Hollandiyaya gedib. Klubun məşqçiləri idman direktoru Con van Loenin rəhbərliyi altında onun vətəninə işguzar səfərə yollanıblar.
Fanat.az xəbər verir ki, səfər zamanı "Qarabağ"ın 17 yaşlılardan ibarət komandasının köməkçi məşqçisi Cavad Mirzəbəylinin səhətində problem yaranıb. Belə ki, onun ürəyi anidən dayanıb. 
"Qarabağ"ın təşəbbüsü ilə Cavad Mirzəbəyli Amsterdamın ən yaxşı ürək xəstəxanasına yerləşdirilib. Yüngül əməliyyatdan sonra vəziyyəti yaxşılaşan məşqçi hazırda palataya yerləşdirilib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər