İdman direktoru Con van Leonun rəhbərliyi altında Hollandiyaya yola düşən "Qarabağ" aşağı yaş qruplarının məşqçiləri dünən "Ayaks"ın bazasında olublar. Fanat.az xəbər verir ki, məşqçilər holland klubunun iş prinsipi ilə yaxından maraqlanıblar.
Məlum olduğu kimi, "Qarabağ"ın 17 yaşlılardan ibarət komandasının məşqçi-köməkçisi Cavad Mirzəbəylinin səhətində problemlər yaranmışdı. Əməliyyatdan sonra vəziyyəti yaxşılaşan məşqçi narkozdan ayılıb və vəziyyəti yaxşıdı.
Fanat.az