"Qarabağ"ın məğlubiyyəti rəsmiləşdi

"Qarabağ"ın məğlubiyyəti rəsmiləşdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın və əvəzedicilərin çempionatının I turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib:

Topaz Premyer Liqasının I turunun AZAL - “Xəzər Lənkəran” matçının 59-cu dəqiqəsində AZAL klubunun 13 №-li futbolçusu Şəhriyar Rəhimov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Topaz Premyer Liqasının I turunun “Sumqayıt” - “Qarabağ” matçın 50-ci dəqiqəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən  pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 1000 manat cərimə olunur (maddə 52).

Oyunun 59-cu dəqiqəsində “Qarabağ” klubu əvəzetmə zamanı limiti pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir. Matçda göstərilmiş sarı vərəqələr qüvvədə qalır. Vurulmuş qollar ləğv edilir (maddə 98).

Əvəzedici heyətlərin I turunun “İnter” - “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandıldığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

Oyunun 54-cü dəqiqəsində “İnter” klubunun 45 №-li futbolçusu İlkin Sadıqov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

Əvəzedici heyətlərin I turunun “Sumqayıt” - “Qarabağ” matçında “Sumqayıt” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandıldığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər