"Qarabağ"ın istəmədiyi futbolçu Rumıniyada

"Qarabağ"ın istəmədiyi futbolçu Rumıniyada
"Qarabağ"ın sabiq üzvü Mustafa Səlimin yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, Afroto ləqəbli futbolçu Rumıniyanın "Poli" klubuna keçib.
Qeyd edək ki, böyük ümidlər bəslənilən misirli "Qarabağ"da 2012/13 mövsümündə cəmi 4 oyuna çıxaraq 65 dəqiqə oynamışdı. Qurban Qurbanovun etimadını doğrulda bilməyən Afroto ölkəmizdən ayrıldıqdan sonra Misirin "Misr El-Makasa" klubunda top qovmuşdu.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər