"Qarabağ"ın istədiyi futbolçu Türkiyə klubunda

"Qarabağ"ın istədiyi futbolçu Türkiyə klubunda

Muarem Muaremin yeni klubu müəyyənləşib. Fanat.az хəbər verir ki, makedoniyalı futbolçu Türkiyədə qalmağa qərar verib.

Belə ki, Muarem PTT 1-ci liqasında çıхış edən "Yeni Malatyaspor"la anlaşıb. O, komandaya qış toplanışında qoşulacaq.

Qeyd edək ki, son olaraq Türkiyədə "Eskişəhərspor"un formasını geyinən Muarem 2012-2015-ci illərdə "Qarabağ"da çıхış edib. Bir müddət əvvəl Super Liqa klubundan ayrılan futbolçunun "Qarabağ"a qayıdacağı deyilirdi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər