"Qarabağ"ın iki futbolçusu 100-ə çatdı

"Qarabağ"ın iki futbolçusu 100-ə çatdı

"Qarabağ"ın futbolçuları Toral Bayramov və Marko Yankoviç yubiley matçlarını keçiriblər.

Fanat.Az xəbər ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 

Futbolçular 100-cü dəfə komandalarının formasını geyiniblər. Bu, Avropa Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində keçirilən görüşə - "Budyo Qlimt"lə (2:1) Norveçdəki matça təsadüf edib. 

Misli Premyer Liqasının 13-cü turunda "Zirə" ilə oyundan əvvəl Bayramov və Yankoviçə "Qarabağ"ın xatirə forması və diplom təqdim olunub.

Qeyd edək ki, mükafatı "Qarabağ"ın baş direktoru Emrah Çelikel və meneceri Asif Əsgərov verib.

"Qarabağ"ın iki futbolçusu 100-ə çatdı"Qarabağ"ın iki futbolçusu 100-ə çatdı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər