Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Tvente"nin qonağı olacaq "Qarabağ" Hollandiyada məşqə çıxıb. Fanat.az xəbər verir ki, Azərbaycan çempionu dünən Bakı vaxtı ilə saat 21.00-da oyunun keçiriləcəyi "De Grolsch Veste" stadionunda məşq edib.
Qeyd edək ki, "Qarabağ"la "Tvente" arasında Bakıda baş tutan oyun 0:0 hesabı ilə başa çatıb. Cavab matçı bu gün Hollandiyada keçiriləcək və Bakı vaxtı ilə saat 22.30-da başlayacaq.
Fanat.az