"Qarabağ"ın futbolçusunun anası vəfat etdi

"Qarabağ"ın futbolçusunun anası vəfat etdi

"Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benziaya ağır itki üz verib.

Fanat.Az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, orta xətt oyunçusunun anası vəfat edib.

Klub yaydığı açıqlamada Benzianın anasının vəfatından kədərləndiyini bildirib, mərhuma Allahdan rəhmət diləyib, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Yassinin anası bir müddətdir ki, xəstəlikdən əziyyət çəkirdi. Futbolçu bu səbəbdən qış tətilindən sonra komandanın düşərgəsinə gələ bilməmişdi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər