"Qarabağ"ın futbolçusundan türk klubuna ağır zərbə

"Qarabağ"ın futbolçusundan türk klubuna ağır zərbə
"Qarabağ"ın futbolçusu Muarrem Muarrem "Orduspor"un başına iş açıb. Fanat.az xəbər verir ki, Türkiyə klubu makedoniyalı futbolçuya borcunu ödəmədiyi üçün bütün əmlakına həbs qoyulub.
Belə ki, Muarrem 2010-cu ildə Makedoniyanın "Rabotniçki" klubundan "Orduspor"a keçib. Lakin Türkiyə klubu 230 min lirəlik (təxminən 115 min manat) transfer haqqını ödəməyib. Bu səbəbdən bu gün Ordu təmsilçisinin bank hesablarına, qazandığı kuboklara və loqosuna həbs qoyulub. Tələb olunan məbləğ müəyyən olunan zaman içində ödənilməsə, kuboklar və klubun loqosu satışa çıxarılacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər