"Qarabağ"ın futbolçusuna etimad göstərmədilər

"Qarabağ"ın futbolçusuna etimad göstərmədilər

Makedoniya yığmasının heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, baş məşqçi Boşko Qurovski noyabrın 15-də Slovakiyaya qarşı keçirəcəkləri seçmə mərhələ oyunu üçün 20 futbolçuya dəvət göndərib.

Baş məşqçi "Qarabağ"da uğurlu mövsüm keçirən Muarem Muremlə "Xəzər Lənkəran"da heyətə düşməkdə çətinlik çəkən Deyan Blajevskini yığmaya çağırmayıb. Əvəzində "Xəzər Lənkəran"ın sabiq üzvü, hazırda "Vardar"da çıxış edən Nikola Qliqorova dəvət göndərib.

Qeyd edək ki, Muarem yığmadakı son oyununu ötən ayın 12-də Ukraynaya qarşı keçirib. Sonuncu dəfə 5 martda Latviyaya qarşı oynayan Blajevski isə həmin vaxtdan milliyə çağırılmayıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər