"Qarabağ"ın futbolçusu uğurla əməliyyat olundu

"Qarabağ"ın futbolçusu uğurla əməliyyat olundu

Azərbaycan milli komandasının və "Qarabağ"ın futbolçusu Namiq Ələsgərov Almaniyada uğurla əməliyyat olunub. Fanat.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi üçün bu gündən fizioterapiya kursuna başlanılıb. Onun bütün müalicə xərci AFFA tərəfindən ödənilir.

Qeyd edək ki, Namiq Ələsgərov AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və Malta milli komandaları arasında keçirilmiş qarşılaşmada zədələnib. Onun ön çarpaz bağları qopub. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər