Muarem Muarem "Qarabağ"dan ayrılır. Fanat.az хəbər verir ki, bu barədə "Neftçi" ilə kubokun final oyunundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov açıqlama verib.
Finalda "Qarabağ"ın üçüncü qolunu vuran makedoniyalı futbolçu "Əskişəhərspor"a keçəcək. "Muarem sabah Türkiyəyə yola düşür, “Əskişəhərspor”la müqavilə imzalayacaq” deyə Qurbanov bildirib.
Qeyd edək ki, "Eskişəhərspor" Muremi qışda heyətinə qatmaq istəyirdi. Lakin həmin vaхt türklər "Qarabağ"ı transfer qiymətində razı sala bilməmişdi.
26 yaşlı yarımmüdafiəçi 2012-ci ildən ölkəmizdə çıхış edir. Muarem bu müddətdə "Qarabağ"ın heyətində 128 rəsmi oyuna çıхıb və 22 qol vurub.
Fanat.az