"Qarabağ"ın futbolçusu Türkiyə klubuna keçir - 2 illik müqavilə bağlayacaq

"Qarabağ"ın futbolçusu Türkiyə klubuna keçir - 2 illik müqavilə bağlayacaq

"Qarabağ"ın futbolçusu Hamidu Keyta Türkiyə klubuna keçir.

Fanat.Az xəbər verir ki, informasiyanı yerli jurnalist Halil Yılmazer sosial şəbəkə hesabları üzərindən yayıb.

Məlumata görə, 29 yaşlı yarımmüdafiəçi karyerasını "Konyaspor"da davam etdirəcək. Mənbə fransalı oyunçunun axşam saatlarında Konyada olacağını, Super Lliqa təmsilçisinin onunla 2 illik müqavilə imzalayacağını vurğulayıb.

Qeyd edək ki, sözügedən oyunçu 2023-cü ildə "Zirə"ni "Qarabağ"a dəyişib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər