"Qarabağ"ın futbolçusu rəqibimizə qarşı 90 dəqiqə oynadı

"Qarabağ"ın futbolçusu rəqibimizə qarşı 90 dəqiqə oynadı
"Qarabağ"ın futbolçusu Ansi Aqollinin çıxış etdiyi Albaniya yığması yoldaşlıq oyunu keçirib. Fanat.az xəbər verir ki, albanlar İtaliya ilə qarşılaşıb.
Ceonada keçirilən oyunla italyanlar 1:0 hesablı qələbə qazanıb. İtaliyaya qələbə qazandıran qolu 82-ci dəqiqədə Albaniya yığmasından Hamdi Salihi öz qapısına vurub.
Ansi Aqolli start heyətində yer alıb. "Qarabağ"ın futbolçusu millimizin AVRO-2016-nın seçmə mərhələsindəki rəqibinə qarşı 90 dəqiqə oynayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər