"Qarabağ" daha bir futbolçusunu icarəyə verir. Fanat.az xəbər verir ki, Murad Səttarlı qış fasiləsindən sonra başqa komandada oynayacaq.
Belə ki, Səttarlı yenidən "Simurq"a dönəcək. "Qarabağ" onu Zaqatala klubuna 6 aylıq icarəyə verəcək.
Qeyd edək ki, Murad ötən mövsüm "Simurq"da icarə əsasında çıxış edib və 33 oyunda 2 qol vurub. Yayda "Qarabağ"a dönən hücumçu 4 Avropa Liqası oyununda 25 dəqiqə oynamaq şansı qazansa da, Premyer Liqada meydana çıxmayıb. Ağdam klubu Səttarlını 2011-ci ildə MOİK-ə (2 oyun), 2011/12 mövsümündə "Sumqayıt"a (13 oyun, 1 qol) icarəyə verib.
Fanat.az