Milli komandalar arasında növbəti yoxlama oyunları keçirilir. Fanat.az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Ansi Aqollinin forma geyindiyi Albaniya millisi Qətərlə qarşılaşıb.
Avstriyanın Hartberq şəhərində keçirilən matçda albanlar 3:1 hesablı qələbə qazanıb. Ansi Aqolli matçın iştirakçısı olub. "Qarabağ"ın futbolçusu 66-cı dəqiqədə Naser Alijinin yerinə meydana çıxıb.
Fanat.az