"Qarabağ"ın futbolçusu millidə 60 dəqiqə oynadı

"Qarabağ"ın futbolçusu millidə 60 dəqiqə oynadı
Makedoniya yığması AVRO-2016-nın seçmə mərhələsində növbəti oyununu keçirib. Fanat.az xəbər verir ki, "Qarabağ"ın üzvü Muarem Muaremin çıxış etdiyi komanda Lüksemburqu qəbul edib.
Muarem start heyətində yer alıb və 60-cı dəqiqədə Adis Yahoviç tərəfindən əvəzlənib. Həmin vaxt hesab qonaqların xeyirinə olub - 2:1. Yahoviç 6 dəqiqə sonra penaltidən bərabərliyi təmin edib. Son dəqiqələrdə daha bir qol vuran makedoniyalılar qələbə qazanıb - 3:2.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər