Makedoniya milli komandasının heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, baş məşqçi Boşko Qyurovski Lüksemburq və Ukrayna ilə oyunlar üçün 23 futbolçuya dəvət göndərib.
Baş məşqçi Topaz Premyer Liqasını da unutmayıb. Belə ki, "Qarabağ"ın futbolçusu Muarem Muarem yenidən Makedoniya millisinə dəvət alıb. "Xəzər Lənkəran"ın üzvü Deyan Blajevski isə kənarda qalıb. Əvəzində Lənkəran klubunun sabiq oyunçusu, hazırda "Vardar"da çıxış edən Nikola Qliqorov milliyə çağırılıb.
Qeyd edək ki, Makedoniya millisi AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 9-da Lüksemburq, 12-də Ukrayna ilə qarşılaşacaq.
Fanat.az