U-16 liqasının oyununda dava düşüb. Fanat.az хəbər verir ki, "Xəzər Lənkəran" - "Sumqayıt" matçından sonra iki komandanın oyunçuları arasında gərginlik yaranıb.
AFFA İntizam Komitəsi dava-dalaşdı iştirak edən "Sumqayıt"ın futbolçusu Orxan Əfəndizadəni, "Xəzər Lənkəran"ın üzvləri - Mirabbas Qədirli və Nəriman Mirzəzadəni 5 oyun cəzalandırıb.
U-19 liqasının "Xəzər Lənkəran" - "Qarabağ" matçının 90+1-ci dəqiqəsində isə Ağdam klubunun futbolçusu Rəşad Vəliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunlun cəza alıb.
Fanat.az