"Qarabağ"ın futbolçusu Fransa ilə oyunda "fərqləndi"

"Qarabağ"ın futbolçusu Fransa ilə oyunda "fərqləndi"
Yığma komandalar arasında növbəti yoxlama oyunları keçirilib. Fanat.az xəbər verir ki, bu gün 5 oyun baş tutub.
Yaponiya Hondurası 6:0 hesabı ilə yenib. Çin Yeni Zellandiya ilə "sülh" bağlayıb - 1:1. Cənubi Koreya İordaniyaya 1:0, Kolumbiya ABŞ-a 2:1 hesabı ilə qalib gəlib.
Fransa "Qarabağ"ın futbolçusu Ansi Aqollinin forma geyindiyi Albaniyanı qəbul edib. Renndə keçirilən oyunda 2 qol vurulsa da, qalib müəyyənləşməyib - 1:1. Aqolli meydana start heyətində çıxıb və 90 dəqiqə oynayıb. "Qarabağ"ın futbolçusu 75-ci dəqiqədə sarı vərəqə alıb.
Yoxlama oyunu
14 noyabr
Yaponiya - Honduras 6:0
Qollar: Maya Yoşida, 9. Keysuke Honda, 41. Yasuhito Endo, 44. Takaşi İnui, 47; 74. Yohei Toyoda, 69.
Çin - Yeni Zellandiya 1:1
Qollar: Jeng Ji, 42 - Kris Vud, 87.
İordaniya - Cənubi Koreya 0:1
Qol: Han Kyo-Von, 34.
Fransa - Albaniya 1:1
Qol: Antoine Qriezmann, 73 - Merqim Mavraj, 40.
ABŞ - Kolumbiya 1:2
Qollar: Jozi Altidore, 10 - Karlos Bakka, 60. Teofilo Qutyerres, 87.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər