"Qarabağ"ın futbolçuları "Galatasaray Store"nin açılışında - FOTOLAR

"Qarabağ"ın futbolçuları "Galatasaray Store"nin açılışında - FOTOLAR

Bakıda fəaliyyət göstərən “Galatasaray Store” mağazasının ötən ay bağlanması haqda xəbərlər yayılmışdı. Mağazanın müflis olduğu və buna görə də bağlandığı bildirilirdi.

Lakin mağazanın sahibi Rüstəm Kərimzadə virtualaz.org saytına açıqlamasında “Torqovı”da -  Rəsul Rza küçəsi, 77 ünvanında olan “Galatasaray Store”un yaxınlıqdakı “Xaqani” ticarət mərkəzinin 3-cü mərtəbəsinə köçdüyünü demişdi. Buna səbəb isə satışların azalması və mağazanın xərcləri ödəyə bilməməsi idi.

İndi isə “Galatasaray Store” yeni ünvanda fəaliyyətə başlayıb. Bu məlumatı Rüstəm Kərimzadə verib. Mağazanın yeni ünvanı “Gənclik” metrosunun yaxınlığında, “Caspian Shopping Center”in arxasındadı. Yeni mağazanın açılışında “Qarabağ”ın futbolçuları Qara Qarayev və Vüqar Nadirov da iştirak ediblər.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər