"Qarabağ" 21 ildən sonra çempionluq sevinci yaşadı. Maraqlıdı, komandanın bu uğuru üçün üçün futbolçuları xüsusi mükafat gözləyirmi? “Qarabağ”ın rəhbəri, iş adamı Abdulbari Gözəl oyunçuların bu uğurunu necə dəyərləndirməyi düşünür?.
Fanat.az xəbər verir ki, bu suallarla klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov cavab verib. Klub rəsmisi publika.az-a açıqlamasında bunları deyib: "Hazırkı vəziyyətdə kimsənin yadına mükafat düşmür. Amma təbii ki, rəhbərlik tərəfindən futbolçularımız mükafatlandırılacaq. Amcaq yenə deyirəm nə dünən, nə bu gün mükafatla bağlı söhbət olmayıb. Hələ qarşıda iki oyun var. Yəqin ki. O günə kimi məsələ öz həllini tapacaq. Vurğulayım ki, bu günə qədər bizim futbolçular bu günə kimi məvaciblərini də, mükafatlarını da vaxtlı vaxtında alıblar. Futbolçular da məsələ ilə bağlı narahat deyillər”.
Fanat.az