Albaniya yığmanın heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, baş məşqçi Gianni De Biasi ölkəmizdə oynayan iki futbolçuya dəvət göndərib.
Belə ki, "Qarabağ"ın müdafiəçiləri - Ansi Aqolli və Admir Teli yığmaya çağırılıb. Onlar oktyabrın 11-də evdə İsveçrə, 4 gün sonra səfərdə Cənubi Kiprlə keçiriləcək oyunlara dəvət alıblar.