"Qarabağ"dan ayrılan Nikolas Gelaşvilinin yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, gürcü forvard karyerasını Albaniya çempionatında davam etdirəcək.
Bir müddət əvvə "Zestafoni" ilə anlaşan futbolçunun bu kluba keçidi baş tutmayıb. Bu günlərdə isə o, "Flamurtari" ilə müqavilə bağlayıb.
Qeyd edək ki Gelaşvili "Qarabağ"da 28 oyun keçirib və 5 qol vurub.
Fanat.az