"Qarabağ"ın daha bir üzvü milli komandadada

"Qarabağ"ın daha bir üzvü milli komandadada
"Qarabağ"ın daha bir futbolçusu milli komandaya çağırılıb. Fanat.az xəbər verir ki, Ansi Aqolli Albaniya yığmasından dəvət alıb.
Baş məşqçi Gianni De Biasi Danimarka və Serbiya ilə oyunlar üçün 27 futbolçuya dəvət göndərib ki, onlardan da biri Aqollidi. "Qarabağ"ın müdafiəçisi ilə yanaşı, AZAL-ın sabiq üzvü, hazırda "Tirana"da çıxış edən Ervin Bulku də milliyə çağırılıb. "Qarabağ"ın digər futbolçusu Admir Teli isə yenə yığmadan kənarda qalıb. O, sonuncu dəfə ötən ilin 15 oktyabrında Cənubi Kiprlə oyunda milli formanı geyinib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər