"Qarabağ"ın daha bir rəqibi müəyyənləşdi

"Qarabağ"ın daha bir rəqibi müəyyənləşdi
Qış hazırlığını Antalyada keçirəcək "Qarabağ"ın daha bir rəqibi müəyyənləşib. Fanat.az xəbər verir ki, Qurban Qurbanov yetirmələrini Ukrayna klubu ilə oyunda sınayacaq.
Belə ki, "Qarabağ"ın rəqibi "Volın" olacaq. Ukrayna Premyer Liqasın ilk dövrəsini 7-ci pillədə başa vuran komanda ilə matç yanvarın 25-də baş tutacaq.
Qeyd edək ki, "Qarabağ" yanvarın 19-da Buxarest "Dinamo"su, 4 gün sonra Qazaxıstanın "Spartak" klubu ilə qarşılaşacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər