"Qarabağ"ın çox faydalı braziliyalıları var"

"Qarabağ"ın çox faydalı braziliyalıları var"

"Qarabağ"la oyuna yaxşı hazırlaşmışıq. Komanda əla vəziyyətdədi. Əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə qazanaq. Heyətdə zədəli futbolçularımız var. Onları meydana buraxmaqla riskə yol vermək istəmirik". Fanat.az xəbər verir ki, bu sözləri "Sent-Etyen"in baş məşqçisi Kristof Qalte deyib.

Bu gün "Qarabağ"la qarşılaşmacaq Fransa klubunun baş məşqçisi dünən Bakıda mətbuat konfransı keçirib. Qalte Avroliqya uğurlu başlamaq istədiklərini bildirib: "Fransa çempionatında mövsümə yaxşı start vermişik. Avroliqada da eyni dərəcədə uğurlu çıxışımızı davam etdiririk. Avroliqa təcrübə toplamaq baxımından bizim üçün vacibdi". 

Rəqib çalışdırıcı "Qarabağ"ın heyətindən danışıb: Bizim nümayəndəmiz "Qarabağ"ın son çempionat oyununda olub. Digər oyunlarının da videoyazılarına baxmışıq. "Qarabağ" bizdən daha təcrübəlidi. Onlar ölkə çempionu olublar. Biz isə çoxdandı belə bir uğur qazana bilmirik. Rəqibin futbolçuları yığma komandalarda çıxış edir. Çox faydalı braziliyalıları var".

Qalte Bakıda uduzmaq istəmir: "Bakıda uduzsaq mən çox məyus olaram. Heç kim uduzmağı istəməz".

"Sent-Etyen"in baş məşqçisi "Siz "Qarabağ"ın 20 ildən çoxdu Ağdamda oynamadığından xəbərdarsız" sualına belə cavab verib: "Mən siyasətə qarışmaq istəmirəm. Amma futboldan danışa bilərəm".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər