Antalyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" hazırlıq çərçivəsində 4 hazırlıq maçına çıxacaq. Fanat.az xəbər verir ki, artıq təmsilçimizin bütün rəqibləri müəyyənləşib.
Yanvarın 19-da Ruminiyanın "Dinamo" (Buxarest) klubuyla qarşılaşacaq "Qarabağ" 3 gün sonra Albaniya təmsmilçisi "Flamutari" ilə üz-üzə gələcək. Yanvarın 23-ü Qazaxıstan "Spartak"nı sınağa çəkəcək ağdamlılar ayın 25-də Ukrayna "Volın"ı ilə qarşılacaq. Komanda yanvarın 26-da vətənə dönəcək.
Fanat.az