"Qarabağ"ın bütün rəqibləri

"Qarabağ"ın bütün rəqibləri

"Qarabağ" Antalyadakı təlim-məşq toplanışı zamanı 4 yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Fanat.az xəbər verir ki, 3 gün öncə hazırlığa başlayan Ağdam klubu hazırlığın 11-ci günündə - 16 yanvar tarixində ilk hazırlıq oyununa çıxacaq. 

Rəqib öncədən planlaşdırılan kimi "Traktorsazi" deyil, Almanyanın Regional Liqa təmsilçisi "Rot-Veyss Essen" olacaq. Oyun "İC Santai" otelinin əsas meydançasında baş tutacaq və Bakı vaxtı ilə saat 19.30-da start götürəcək.

Artıq digər 3 oyundakı rəqiblər də müəyyənləşib:

20 yanvar, saat 17.30 Qarabağ - Diosqyor (Macarıstan) // "Kaya Palazzo" otelinin meydançası

23 yanvar, saat 17.30 - Qarabağ - Admira Vakker (Avstriya) // "İC Santai" otelinin meydançası

23 yanvar, saat 19.30 - Qarabağ - Yaqelloniya (Polşa) // (İC Santai) otelinin meydançası

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər