"Qarabağ"ın bütün potensial rəqibləri - 17 komanda

"Qarabağ"ın bütün potensial rəqibləri - 17 komanda

Azərbaycan çempionu "Qarabağ" ölkəmizi Çempionlar Liqasında təmsil edəcək. Fanat.az xəbər verir ki, artıq təmsilçimizin II təsnifat mərhələsindəki bütün potensial rəqibləri müəyyənləşib.

Reytinqi yüksək olan "Qarabağ" püşkatma zamanı "səpələnmişlər" səbətində yer alacaq və rəqibi zəiflərin - "səpələnməmişlər"in arasından seçiləcək. Bu səbətdə 17 komanda yer alacaq.

Turnirin I təsnifat mərhələsində 8 komanda mübarizə aparacaq və 4 qalib II təsnifat mərhələsinə vəsiqə qazanacaq. Həmin komandalar bu mərhələdə "səpələnməmişlər" səbətində yer alacaq və "Qarabağ"ın potensial rəqibləri sırasında olacaq. II təsnifat mərhələsində ümumilikdə 34 komanda yarışacaq.

Qeyd edək ki, Çempionlar Liqasında ilk iki mərhələnin püşkü iyunun 22-də atılacaq. I təsnifat mərhələsinin ilk oyunları 30 iyun - 1 iyul, cavab matçları 7-8 iyul tariхlərində baş tutacaq. "Qarabağ"ın mübarizəyə başlayacağı II təsnifat mərhələsinin oyunları isə 14-15 və 21-22 iyul tariхlərində baş tutacaq.

Çempionlar Liqası

I təsnifat mərhələsi

Səpələnmişlər: "Nyu-Seynts" (Uels), "Levadiya" (Estoniya), "Pünik" (Ermənistan), "Santa-Koloma" (Andorra).

Səpələnməmişlər: "Kruseyders" (Şimali İrlandiya), "Torshavn" (Farer adaları), "Linkoln Red İmps" (Cəbəllütariq), "Folqore" (San-Marino).

II təsnifat mərhələsi

Səpələnmişlər: "Styaua" (Rumıniya), "Seltik" (Şotlandiya), APOEL (Cənubi Kipr), BATE (Belarus), "Ludoqorest" (Bolqarıstan), "Dinamo" (Xorvatiya), "Maribor" (Sloveniya), "Makkabi" (Təl-Əviv, İsrail), "Partizan" (Serbiya), "Malmö" (İsveç), "Qarabağ" (Azərbaycan), HİK (Finlandiya), "Molde" (Norveç), "Midtyulland" (Danimarka), "Videoton" (Macarıstan), "Şkenderbeu" (Albaniya), Polşa çempionu ("Lex" və ya "Legiya").

Səpələnməmişlər: "Ventspils" (Latviya), "Dila" (Gürcüstan), "Trençin" (Sloveniya), "Jalgiris" (Litva), "Astana" (Qazaxıstan), "Milsami" (Moldova), "Vardar" (Makedoniya), "Styarnan" (İslandiya), "Fola" (Lüksemburq), "Dandalk" (İrlandiya), "Hibernians" (Malta), "Sarayevo" (Bosniya və Herseqovina), "Rudar" (Çernoqoriya) və I təsnifat mərhələsinin 4 qalibi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər