"Qarabağ"ın büdcəsi bizimkindən 100 dəfə çoxdu"

"Qarabağ"ın büdcəsi bizimkindən 100 dəfə çoxdu"

"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi olan "Rudar" Serbiyada təlim-məşq toplanışı keçəcək. Fanat.az xəbər verir ki, artıq Çernoqoriya təmsilçisi dünən toplanışın keçiriləcəyi Kuçevoya yola düşüb.

İki həftəlik toplanış çərçivəsində "Rudar" iki yoxlama oyununa çıxacaq. Komandanın baş məşqçisi Mirko Mariç səfər öncəsi açıqlamasında bildirib ki, cütün favoriti "Qarabağ" klubudu: "Düzdü, "Qarabağ"ın büdcəsi demək olar ki, bizdən 100 dəfə çoxdu. Yavaş-yavaş rəqibimizi tanıyırıq. Onların heyətində 15 əcnəbi futbolçu var. Lakin biz əvvəllər gözlənilmədən rəqiblərimizi məğlub etmişik".

Baş məşqçi Mariç toplanışda iştirak edəcək futbolçuların adlarını da açıqlayıb. Onların arasında 2013-2014 mövsümünün ikinci yarısında Bakının "Rəvan" klubunda çıxış etmiş Miloş Zeçeviç də var: 

Miloş Radanoviç, Milan Yelovaç, Marko Lazareviç, Deyan Damyanoviç, Nikola Sekuliç, Zelyko Tomaşeviç, Nikola Qaçeviç, Marko Vukoviç, Vladan Qordiç, Miliya Qoluboviç, Dorde Duriç, Duşan Nestoroviç, Predraq Brnoviç, İqor İvanoviç, Nedelko Vlahoviç, Ryota Noma, Adi Bamur, Stevan Relyiç, İvan Knejeviç, Radule Jivkoviç, Miroye Yovanoviç, Mirko Radisiç, Denis Sopo, Denis Hadziosmanoviç, Miloş Zeçeviç.//"Report"

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər