"Qarabağ"ın braziliyalısı Aminin arzusunu yerinə yetirdi

"Qarabağ"ın braziliyalısı Aminin arzusunu yerinə yetirdi

"Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Kadi Borges parataekvondoçuların məşqində olub.

Fanat.Az xəbər verir ki, məlumatı Milli Paralimpiya Komitəsinin (MPK) mətbuat xidməti yayıb.

Futbolçu "Qarabağ"la yanaşı, özünün də pərəstişkarı olan gənc parataekvondoçu Amin Əliyevlə görüşüb. MPK-nın təşkilatçılığı ilə Azərbaycan Taekvondo Federasiyasının məşq zalında baş tutan görüşdə Ağdam təmsilçisinin üzvü ona öz formasını hədiyyə edib.

Səmimi anlarla yadda qalan görüşün paralimpiyaçılar üçün növbəti yarışlardan əvvəl böyük motivasiya və ruh yüksəkliyinə səbəb olacağı qeyd edilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər