"Qarabağ"ın baş məşqçisi istefaya göndərildi

"Qarabağ"ın baş məşqçisi istefaya göndərildi

"Qarabağ"ın baş məşqçisi istefaya göndərilib. Fanat.az хəbər verir ki, klubun əvəzedici heyətinə başçılıq edən Borçe Xristov ölkəmizdən ayrılıb.

Onun gedişinin səbəbi açıqlanmasa da, dəyişikliyin əsas komandanın baş məşqçisi Qurban Qurbanovun istəyi ilə aparıldığı deyilir. Borçe Xristovdan sonra əvəzedici komandaya onun köməkçisi olmuş Aftandil Hacıyev baş məşqçi təyin edilib.

Qeyd edək ki, Borçe Xristov "Qarabağ"da həm də koordinator vəzifəsini icra edirdi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər