"Qarabağ"ın baş direktoru mükafatlandırıldı

"Qarabağ"ın baş direktoru mükafatlandırıldı

"Sportsman" jurnalının “Zəfər” 2025 Beynəlxalq İdman Mükafatının təqdimetmə mərasimi keçirilib. 

Fanat.Az xəbər verir ki, ötən ilin yekunlarına əsasən müxtəlif nominasiyalar üzrə qaliblərin adları açıqlanıb.

"Qarabağ"ın baş direktoru Emrah Çelikel də mükafatlandırılıb. Ona Azərbaycan futbolunun inkişafındakı xidmətlərə görə "Zəfər" mükafatı təqdim edilib.

2004-cü ildən "Qarabağ"da çalışan Çelikel bu müddətdə 11 dəfə Azərbaycan çempionu (2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20, 2021/22, 2022/23,  2023/24, 2024/25), 7 dəfə ölkə kubokunun (2005/06, 2008/09, 2014/15, 2015/16, 2016/17, 2021/22 və 2023/24) qazanılmasında pay sahibi olub. Bu illər ərzində komandamız ardıcıl 12 dəfə avrokubokların, o cümlədən iki dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib, bir dəfə Avropa Liqasının 1/8 finalına qədər irəliləyib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər