"Qarabağ"ın Bakı hazırlığı bitdi

"Qarabağ"ın Bakı hazırlığı bitdi

"Qarabağ" Bakı hazırlığını başa çatdırıb. Fanat.az xəbər verir ki, 2013/14 mövsümünün hazırlıqlarını davam etdirən komanda bu gün paytaxtda sonuncu məşqinə çıxıb.

Hazırlıq prosesi saat 11.00-da Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda başlayıb. Bununla da paytaxtdakı hazırlıqlar yekunlaşıb. 

Sabah səhər isə "Qarabağ" təlim-məşq toplanışı üçün Avstriyaya yollanacaq. Komanda Bakı-İstanbul-Salzburq reysiylə hərəkət edəcək. "Qarabağ" Bakı vaxtı ilə təxminən saat 19.00-da məskunlaşacağı Kossen qəsəbəsinə çatacaq.

"Qarabağ" Avstriyada ən azı 4 yoxlama oyunu keçirəcək. İyunun 23-də Ukrayna çempionu "Şaxtyor"la (Donetsk) qarşılaşacaq Qurban Qurbanovun yetirmələri 5 gün sonra Rusiyanı Avropa Liqasında təmsil edəcək "Krosnodar"la üz-üzə gələcək. "Qarabağ" iyulun 1-də Almaniyanın Regional Liqa təmsilçilərindən "Vakker Burqausen", 4-də Çexiya çempionatının gümüş mükafatçısı, Avropa Liqasına vəsiqə qazanmış "Viktoriya" ilə qarşılaşacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər