"Qarabağ"ın 200 azarkeşi var,qalanı sabun köpüyüdü

"Qarabağ"ın 200 azarkeşi var,qalanı sabun köpüyüdü

Son turda baş tutan “Qarabağ” – “Simurq” oyununda ağdamlıların eksperimental heyətlə Georgi Çixradzenin komandasına “futbol dərsi” keçməsini stadiona toplaşan 300-ə yaxın tamaşaçı izlədi.

Son 6 oyunda Zaqatala təmsilçisinə qalib gəlməyən, bu rəqibin qapısından top da keçirməyi bacarmayan ağdamlıların qonaq komandanı tək qolla üstələməsi, 672 gündən sonra sindromun qırılması özlüyündə maraqlı faktdı. Elə ikinci yarının əvvəllərində meydana Reynaldoyla Riçard Almeydanı buraxan Qurban Qurbanovun komandasının qalan dəqiqələrdə azarkeşlərin zövqünü oxşaması da…

Təəssüf ki, Avroliqanın qrupuna vəsiqə qazanan, debüt oyununda “Sent-Etyen”i  “qoz qabığına dolduran” Ağdam təmsilçisinin vacib oyununda matçın protokoluna qalsa, 200, öz gözümüzlə təxminən 300-ə yaxın tamaşaçı gördük. Mərkəzi sektorlardan birində qərarlaşan fanatlara baxanda köhnəlmiş, çeynənmiş, qorxulu fikir yenə yada düşürdü: bu ölkədə futbol yoxdu və olmayacaq!

Əslində klubu AL-in qrupuna vəsiqə qazanan ölkə haqda belə fikir səsləndirmək mübahisəlidi. Bəli, Azərbaycanın futbol qurumunun müəyyənləşdirdiyi siyasət işə yaramır, yığmanın baş məşqçisi Berti Foqts seçməni ağ günə çıxaran deyil. Amma 2012-ci ilin yayında “Neftçi”nin imza atdığı uğuru “Qarabağ” təkrarlayıbsa, klub futbolunda inkişaf cücərtisi var. Sadəcə, azarkeş mədəniyyəti yoxdu!

Qitəmiqyaslı görüşdən əvvəl və sonra yaranan ab-hava sabun köpüyünə bənzədi. Belə çıxır ki, stadiona toplaşan 30 mindən artıq seyircinin uzağı 300-ü “Qarabağ” azarkeşidi. Televiziya vasitəsi ilə yayımlanmayan matça istirahət günü, mülayim hava şəraitində canlı baxmayana hansı haqla AZARKEŞ demək olar? 

 

Fanat.az

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər